Lənkəranda yol qəzası olub, xəsarət alan var

Lənkəran rayonunda baş verən yol qəzasında sürücü yaralanıb.

Regioninfo xəbər verir ki, hadisə rayonun Şıxakəran kəndi ərazisində baş verib.

Belə ki, rayonunun Siyavar kənd sakini, 1963-cü il təvəllüdlü Vaqif Heydərov idarə etdiyi “VAZ 2104” markalı maşın ilə Astara rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə maşın yoldan çıxaraq evlərdən birinin hasarına və qaz borusuna çırpılıb. Ağır bədən xəsarətləri alan V.Heydərov Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı