Lerikdə qarın hündürlüyü 25 sm-ə çatıb, elektrik enerjisinin verilişində fasilə yaranıb

Lerikdə qarın hündürlüyü 25 sm-ə çatıb, bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Regioninfo-nun verdiyi xəbərə görə, Lerikdə 20-25 sm qar yağıb. Bu barədəFövqəladə Hallar komissiyasının sədri Habil Məlikov bildirilib. Onun sözlərinə görə Lənkəran-Lerik yolu açıqdır. “Hazırda rayon ərazisində nəqliyyatın hərəkətinin intensivliyinə görə 52 saylı yol istismar idarəsinin ağır texnikaları yollara cəlb olunub. Qar yollardan təmizlənir. Bəzi ərazilərdə elektrik enerjisinin verilişində açılmalar var. Aidiyyəti qurumun nümayəndələri bu istiqamətdə işlər aparır. Qısa müddətdə enerjinin verilişi bərpa olunacaq”.

Hazırda rayon ərazisində qarlı hava şəraiti davam edir.

Paylaş:
Yuxarı