Cəlilabadın Vənlik kəndində yerləşən körpü yağışlardan sonra qəzalı vəziyyətə düşüb – FOTO

Cəlilabad rayonunun Vənlik kəndində yerləşən körpü yağışlardan sonra qəzalı vəziyyətə düşüb.

Bu barədə regioninfo-ya kənd sakinləri məlumat verib.

Onların sözlərinə görə, ötən ildə güclü yağışlar nəticəsində sözügedən körpü qəzalı vəziyyətə düşüb. Daha sonra isə körpü müvəqqəti olaraq bərpa olunub. Lakin ötən gecə yenidən körpü istifadə üçün yararsız vəziyyətə düşüb. Hazırda 3 kəndin – Vənlik, Fərzili və Oğrubulaq kənd sakinləri körpüsüz qalıb.

Hadisə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 46 saylı Yol İstismar Məhdud Məsuliyyətli Cəmiyyətindən verilən məlumata görə, sözügedən körpüdə hazırda yenidən müvəqqəti təmir işləri aparılır. Yaxın zamanlarda isə körpü yenidən tikiləcəkdir.

Paylaş:
Yuxarı