Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapılıb – VİDEO

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapılıb.

Bu barədə regioninfo-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu il dekabrın 9-da Astara rayonunun Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən iki balıqçıdan biri – 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti dalğıc-xilasedicilər tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda qeyd olunub ki, hazırda itkin düşən digər şəxs – 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənovun axtarışları davam etdirilir.

Paylaş:
Yuxarı