Astarada şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib – FOTO

Astara Rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin əməkdaşları tərəfindən rayonun Hamuşam, Kakalos və Pəlikeş kəndlərində səyyar xidmət təşkil edilib.

Regioninfo-nun məlumatına görə, məqsəd vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi sahəsində operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsidir.

Tədbirlər zamanı etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrindən istifadə edən 123, o cümlədən əlilliyi və hərəkət imkanlarını məhdudlaşdıran digər xəstəliyi olan 32 vətəndaşın müvafiq sənədləri yaşadıqları ünvanlarda qəbul edilib.

Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə rayon mərkəzlərindən uzaq ərazilərdə yaşayan, həmçinin sağlamlıq imkanı məhdud olan vətəndaşlara şəxsiyyət vəsiqələrinin səyyar qaydada təqdim edilməsi ilə bağlı işlər davam etdirilir

Paylaş:
Yuxarı