Bu gün Qubada keçirilən II Azərbaycan-Özbəkistan regionlararası forumu çərçivəsində Azərbaycan ilə Özbəkistan Respublikasının üç şəhəri arasında qardaşlaşma protokolu imzalanıb.
Belə ki, Biləsuvar şəhəri (Azərbaycan) ilə Termez şəhəri (Özbəkistan), Füzuli şəhəri (Azərbaycan) ilə Gülüstan şəhəri (Özbəkistan), Mingəçevir şəhəri (Azərbaycan) ilə Namanqan şəhəri (Özbəkistan) arasında qardaşlaşma haqqında sazişlər imzalanıb.
Tədbirdə qardaşlaşma protokolunu Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov ilə Özbəkistan Respublikasının Termez şəhər rəhbərliyi imzalayıb.