Cəlilabadda fəhlələri daşıyan mikroavtobus qəzaya düşüb – FOTO

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Regioninfo-nun məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Prado” markalı minik avtomobili mikroavtobusa çırpılıb.

Hadisə yerinə cəlb olunan Təcili tibbi yardım briqadasının əməkdaşları tərəfindən mikroavtobusda olan bir neçə şəxsə yerində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı