Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib.

Bu barədə regioninfo-ya idarədən məlumat verilib.

Regional təhsil idarəsi üzrə yarımfinal mərhələsi Şirvan şəhər 16 nömrəli və Salyan şəhər 4 nömrəli tam orta məktəblərdə təşkil edilib. Yarımfinal mərhələsində hər iki müsabiqə üzrə 572 şagird iştirak edib.

Qeyd edək ki, müsabiqələrin keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağının artırılmasıdır.

Paylaş:
Yuxarı