“Əlaçı” televiziya müsabiqəsinin seçim turunun nəticələri elan edilib.
Respublika üzrə cəmi 144 məktəbli “Əlaçı” televiziya mərhələsinin final mərhələsində iştirak etmək hüququ qazanıb. Finala vəsiqə qazanan şagirdlərdən 31 nəfəri Şirvan-Salyan Regional Təhsil İdarəsini təmsil edəcək.
Qazanılmış bu uğur münasibətilə şagirdlərimizi, onların müəllimlərini və valideynlərini təbrik edir, final mərhələsində uğurlar arzu edirik.