Sabah Biləsuvarda 600 abonentin qazı kəsiləcək

Sabah Biləsuvarın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Regioninfo-nun məlumatına görə, Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən əsas paylayıcı yeraltı qaz xəttində qaz sızması aşkar edilib.

Aşkar olunmuş nasazlığın aradan qaldırılması məqsədilə 8 aprel saat 10:00-dan etibarən təmir işləri başa çatanadək ümumilikdə 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Paylaş:
Yuxarı