“İbtidai siniflərdə riyaziyyat biliklərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində dərslər davam edir

Ağdam rayonu 102 nömrəli tam orta ümumtəhsil məktəbində “İbtidai siniflərdə riyaziyyat biliklərinin təkmilləşdirilməsi” adlı layihənin icrası davam edir.

Layihənin icra planına uyğun olaraq şagirdlərin riyaziyyat və rəqəmsal biliklərini inkişaf etdirmək məqsədilə “Khan Academy” video dərslərindən və tapşırıqlarından istifadə edilir. Həmçinin şagird və müəllimlər üçün “Khan Academy Azərbaycanca” platformasından maksimum fayda əldə etmələri üçün tədris və öyrənmə bacarıqları artırılır, tədris resursları və video təlimatlar vasitəsilə şagirdlərə və müəllimlərə platformanın effektiv istifadəsi təmin edilir, layihə müddətində və sonrasında şagirdlərin və müəllimlərin “Khan Academy” platformasından mütəmadi olaraq istifadəsi davam etdiriləcəkdir.

Xatırladaq ki, layihənin məqsədi “Khan Academy” onlayn tədris platforması vasitəsilə şagirdlərin riyaziyyat və rəqəmsal bacarıqlarını inkişaf etdirmək, interaktiv və fərdi öyrənməni təşviq edərək dərsə maraq yaratmaq, həmçinin şagird və müəllimlərin “Khan Academy” platformasından effektiv istifadə bacarıqlarını artırmaqdır.

Qeyd edək ki, layihə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsində qalib olub və Mehriban Xasməmmədova tərəfindən icra edilir.

Paylaş:
Yuxarı