Biləsuvar rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Regioninfo-nun məlumatına görə, hadisə Ələt–Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hadisə zamanı iki minik avtomobili toqquşub. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.