Masallıda avtomobil hasara çırpılıb, ölən var

Masallı rayonunda ağır yol qəzası baş verib.

Regioninfo xəbər verir ki, hadisə rayonun Mahmudavar kəndində baş verib.

Belə ki, Masallı rayon sakini, 2005-ci il təvəllüdlü Orxan Zamanov idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil daş hasara çırpılıb və sürücü O.Zamanov hadisə yerində ölüb. Avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı