“GƏLİN CEHİZİ – SU QABI” – Elşad Əmənov yazır… – FOTO

“GƏLİN CEHİZİ – SU QABI ”

Üzərində xüsusi işarələr olan saxsı qab 2006-cı ilin yanvar ayında Cəlilabad rayonunun Buravar kəndində tapılıb.

Uzun müddət araşdırma aparsam da yazının mətnini və yazı qrafikini müəyyən edə bilmədim. Odur ki, yazıya yanaşma tərzimi dəyişdim. Qədim rituallarımız, adətlərimiz haqqında axtarış zamanı qarşıma çıxan bir ifadə saxsı qab üzərindəki işarələrin mahiyyətini anladım. Məhz bundan sonra çalışmalarımı davam etdirdim. Nəticədə yazının mətnini və mahiyyətini izah etməkdə ciddi səhv etmədiyimi hesab edirəm. İlk olaraq, saxsı əşyanın (Su qabı) mahiyyətinə diqqət edək… Ümumi təhlildən sonra Su qabı hədiyyə və ya gəlin cehizinə aid əşya olduğunu başa düşmək olar. Su qabı kimi istifadə olunan bu saxsı qab ata ocağından bəy evinə köçən zaman cehiz əşyalarından biri olub. Nə üçün “SU QABI” adlandırırıq? Qədim toy adətlərimizdə, rituallarımızda gəlin köçən qızın yanında saxsı qabda su aparırmışlar. Sonralar çıraq, lampa, şam bu funksiyanı əvəz etdi. “Su qabı”nı isə gəlinin ardınca Su atmaq əvəzlədi. Qeyd edim ki, su atmaq adəti bizim müxtəlif rituallarımızda indi də mövcuddur. Su aydınlıq rəmzidir. Səfərə çıxan adamın, gəlin köçən qızın, ölən adamın qəbri üstünə suyun çilənməsi və s.adətlərimiz əvvəlki qaydasında, əvvəlki mahiyyətində qalmaqdadır. “Su qabı” üzərindəki piktoqrafik işarələrin olması, bu saxsı qabın adi əşya olmadığını göstərir. Çünki, bu işarələrin ümumi təhlili göstərir ki. burada arzu, dua, istək və adətlə bağlı fikirlər ifadə olunub. Atalar sözlərimizin birində deyilir : “El köçüb, adət köçməyib”. Bəli, 3-4 min il əvvəl mövcud adətlərimiz yaşamaqdadır. Forma dəyişsə də, məzmun dəyişmir. Bu mənada müasir toylarımızda yaşayan adətət və rituallarımız öz tarixiliyini qoruyub saxlayır. ” Toyun mübarək !”, ” Xoşbəxt ol ! “kimi ifadələr güzgü, sandıq, və digər gəlin cehizlərinin üstünə yazılır. Tarixdə varislik budur!!! Biz, bizik !!! Əvvəl necə, indi də eləyik !!! Bu məntiqi yanaşma əsasında saxsı qab üzərində işarələrin oxunuş istiqamətini müəyyən etdim. Qabın üzərindəki işarələr hər hansı bir qədim əlifbaya aid yazı deyil.Yəni, formalaşmış yazı sisteminə qədər istifadə olunan simvollar sistemidir. İşarələr düz xətlərdən, kvadrat, çarpaz xətlərdən, aypara və dairəvi cizgilərdən, tanrı işarəsindən və s. ibarətdir. İndi həmin işarələrin ifadə etdiyi fikirlərin ayrı-ayrılıqda izahlarına diqqət edək :

1) + işarəsi : – Günəş, cəhətlər, qorumaq mənalarını ifadə edir. 2) Aypara və dairə ortasında olan + işarəsi : – Yeni həyat,qadın (gəlin), tamlıq mənalarını ifadə edir. 3) Yarımqapalı kvadrat daxilində + işarəsi : – Ev,Müqəddəs yer, ocaq ( Yeni məkan) kimi ifadələri bildirir. 4) Üfiqi xəttdən aşağı istiqamətlənmiş üç xətli işarə : – Himayəyə almaq (və ya vermək), vassal simvolu. 5) Üfiqi uzun xət üzərindəki işarələr: – a) Od. b) Hava. e) Torpaq, d) Su, c) Adam. m) Kotan (əmək). taxıl.məhsul. bolluq deməkdir. Bütövlükdə “HƏYAT AĞACI “nı simolizə edir. 6) Kvadrat daxilində + ” – qoruma rəmzidir. 7) T : – Dayaq, bünövrə, təməl, tanrıya və ya əcdadlara bağlı mənalarını ifadə edir.

Qeyd etməliyəm ki, saxsı qab üzərindəki işarələr hərf kimi səsin yazıdakı işarəsi deyil. Odur ki, söz kimi oxunmur. Bu işarələr daşıdığı məna çalarlarına görə nizamlanır, uyğun variantda oxunur. Bu tip “yazılar” əlifbaların yaranmasına qədərki dövürlərdə məhdud sahələrdə istifadə olunub. Lakin, sonrakı dövürlərdə də işlənməsi ehtimalı var. Bütün araşdırma və təhlillərdən sonra cədvəldə göründüyü kimi sıra ilə işarələrin açması məntiqi nəticəsini verdi. Beləliklə, SAXSI QAB üzərindəki yazıların oxunuşu belə alındı :

1) Ömrünə işıq saçsın. 2) Yeni həyat quran gəlin ( qızım ). 3) Yeni yurdun oçaq olsun. 4 Bu ocağa əmanətsən. 5) Dörd ünsürü müqəddəs bil. 6) Zəhmət ilə dolanasan. 7) Bəla səndən uzaq olsun. 8)Baş üstündə tanrını bil. 9)Əcdadını unutma sən.

Doqquz sadə cümlədə ifadə ifadə olunan fikirləri rayonumuzda Dil-Ədəbiyyat müəllimi, yazıçı-şair kimi, orta məktəb dərsliklərinin hazırlanmasında məsləhətçi kimi çalışan Cəbrail müəllimə göndərdim. Cəbrail müəllim həmin fikirləri nəzmə çəkdi. Bir atanın arzuları, Neçə-neçə min il əvvəl Məna dolu naxışlarla Yazılıbdır saxsı qaba.—————————————————–Ömrünə nur səpələnsin, Yeni həyat quran qızım. Bu ocağa əmanətsən, Keşiyimdə duran qızım. Dörd ünsürü müqəddəs bil, Zəhmət ilə dolanasan. Başın üstə Tanrını bil, Əcdadını unutma sən. ( CƏBRAİL HƏŞİMOV : şair-yazıçı).

Elşad Əmənov. Tarixçi-tədqiqatçı. “Muğan Tarixçilər Birliyinin” üzvü. 09 mart,2026.

Paylaş:
Yuxarı