“Riyaziyyatın fərdi ritmi: Şagirdin sürətinə uyan öyrənmə modeli” layihəsi çərçivəsində müəllimlərə təlimlər keçirilib

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsində qalib gəlmiş “Riyaziyyatın fərdi ritmi: Şagirdin sürətinə uyan öyrənmə modeli” adlı layihənin icrası davam edir.
Layihənin icra planına uyğun olaraq müəllimlərə Khan Academy platformasından istifadə ilə əlaqəli təlimlər keçirilib. Belə ki, əvvəlcə platformadan istifadə qaydaları, şagirdlərin nəticələrinin analiz olunması və platforma köməyi ilə dərslərin keçirilməsi istiqamətində təlim materialları hazırlanıb.
Qeyd edək ki, layihənin məqsədi Khan Academy platformasında yerləşən 6-cı sinif riyaziyyat fənni materiallarının orta məktəb tədrisinə adaptasiya edilməsi və ondan istifadə etməklə dərslərin təşkil edilməsi ilə şagirdlərin riyaziyyat və rəqəmsal biliklərini təkmilləşdirmək, fərdi və əyləncəli öyrənməni təşviq etmək eyni zamanda müəllimlərin sinifdə şagirdlərə fərdi yanaşmanı tətbiq etmələri üçün imkanlar yaratmaqdır.
Xatırladaq ki, layihə Sumqayıt şəhər 23 nömrəli tam orta ümumtəhsil məktəbdə Reyhan Yunisova tərəfindən icra olunur.
Paylaş:
Yuxarı