Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qaz olmayacaq.
“Bilesuvarinfo”nun məlumatına görə, Biləsuvar rayonu H.Əliyev prospektindəki qaz sızmasının aradan qaldırılması ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşana qədər şəhərin bir hissəsi (Təyyarə meydanı, H.Əliyev prospekti, H.Aslanov küçəsi) və Əsgərəbad, Muğankənd, Yuxarı Ağalı kəndləri daxil olmaqla, ümumilikdə 2000-ə yaxın abonentin qaz təchizatı dayandırılacaqdır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik qaydalarına riayət etmək xahiş olunur.