“Sərhədsiz öyrənmə: Aktiv təhsil və şəxsi inkişaf” layihəsi çərçivəsində şagirdlərlə tanışlıq mərhələsi keçirilib

“Sərhədsiz öyrənmə: Aktiv təhsil və şəxsi inkişaf” layihəsi çərçivəsində şagirdlərlə tanışlıq mərhələsi keçirilmişdir.

Görüş zamanı iştirakçılar layihənin ümumi məqsəd və fəaliyyət istiqamətləri ilə tanış olmuş, qarşıdakı həftələrdə həyata keçiriləcək qeyri-formal təhsil əsaslı fəaliyyətlər barədə məlumatlandırılmışdır. Tədbir çərçivəsində Alim Qasımlı şagirdlərə skaut hərəkatı, skautluğun prinsipləri, komanda ruhu, liderlik, məsuliyyət və özünüinkişaf anlayışları barədə ətraflı məlumat vermişdir. Şagirdlər skauting yanaşmasının fiziki aktivlik, sosial bacarıqlar və xarakter formalaşmasına təsiri ilə tanış olmuş, interaktiv müzakirələrdə iştirak etmişlər.

Qeyd edək ki, “Sərhədsiz öyrənmə: Aktiv təhsil və şəxsi inkişaf” layihəsi 287 nömrəli Zəkalar liseyinin müəllimi Lalə Yusifova tərəfindən həyata keçirilir.

Layihənin əsas məqsədi şagirdlərin fiziki, sosial və intellektual inkişafını dəstəkləmək, onların komanda işi, liderlik və fərdi məsuliyyət bacarıqlarını gücləndirməklə daha aktiv və sağlam həyat mövqeyinin formalaşmasına töhfə verməkdir.

Paylaş:
Yuxarı