Cəlilabadda qətl olub

Cəlilabad rayon sakini qətlə yetirilib.

Regioninfo-nun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

İlkin məlumata görə, 52 yaşlı Azər Baxşiyev 24 yaşlı İbrahim Babayev tərəfindən qətlə yetirilib.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
Yuxarı