Cəlilabad rayonunda ötən ilin sənaye, tikinti və istehlak bazarı göstəriciləri açıqlanıb.
Rayon Statistika İdarəsindən regioninfo-ya verilən məlumata görə, 2025-ci ildə sənaye sahəsində 17 müəssisə fəaliyyət göstərmişdir. Hesabat dövründə sənaye məhsulu və xidmətlərinin həcmi 88352,1 min manat təşkil etmiş və ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz çox olmuşdur. Hesabat dövründə natura ifadəsində 1274,52 ton meyvə-tərəvəz konservləri, 67,04 ton qaymaq və xama, 228,0 ton kərə yağı, 358,8 ton pendir və kəsmik, 651,6 ton unlu qənnadı məmulatları, 13,69 ton sabun, 1261,9 ton emal edilmiş mərmər, 1039 ədəd mebel istehsal olunmuşdur. 2026-cı ilin yanvar ayının birinə sənaye müəssislərinin anbarlarında 202,0 min manatlıq hazır məhsul qalığı qalmışdır.
Hesabat dövründə tikinti sahəsində fəaliyyət göstərən təşkilatların yerinə yetirdikləri işlərin həcmi (fiziki şəxslərin göstəriciləri də nəzərə alınmaqla) 17448,5 min manat təşkil etmiş və 2024-cü ilə nisbətən 37,2 faiz az olmuşdur. Ümumi işin 5956,6 min manatını inşa, yenidənqurma və bərpa, 5428,2 min manatını əsaslı təmir, 5379,0 min manatını cari təmir, 684,7 min manatını isə sair tikinti işləri təşkil etmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə inşa, yenidənqurma və bərpa işləri üzrə 26,2 faiz, əsaslı təmir işləri üzrə 62,7 faiz azalma, cari təmir işləri üzrə 19,7 faiz, sair tikinti işləri üzrə isə 5,7 faiz artım müşahidə olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların həcmi 27425,1 min manat və ya 2024- cü illə müqayisədə 50,9 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 18806,8 min manat və ya 9,0 faiz çox olmuşdur.
2025-ci ildə istehlak bazarında satılmış malların və göstərilmiş xidmətlərin həcmi 859406,5 min manat təşkil etmişdir ki, bunun da 724423,3 min manatı pərakəndə ticarət dövriyyəsinin, 14484,4 min manatı ictimai iaşə dövriyyəsinin, 120498,8 min manatı isə ödənişli xidmətlərin payına düşmüşdür.