Masallıda baş verən qəzada bir nəfər ölüb

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Regioninfo-nun verdiyi xəbərə görə hadisə Masallı şəhərinin Dadva küçəsində qeydə alınıb. 1995-ci il təvəllüdlü Vəli Azər oğlu Hətəmzadə idarə etdi “Mercedes” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən 1947-cı il təvəllüdlü Qardaş Məhərrəm oğlu Fətullayevin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi ilətoqquşub. Qəza nəticəsində hər iki sürücü xəsarət alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti ağır olan Q.Fətullayev Masallıda özəl klinikaların birinə yerləşdirilib. Aparılan bütün reanimasyon tədbirlərə baxmayaraq Qardaş Fətullayevin həyatını xilas etmək mümkün olmayıb. O, müalicə aldığı klinikada ölüb. Digər sürücü V.Hətəmzadənin müalicəsi xəstəxanada davam etdirilir.

Qeyd edək ki, Q.Fətullayev Masallı Ziyalıları İctimai Birliyinin sədri, YAP Masallı Rayon Təşkilatının, rayon Ağsaqqalar şurasının, rayon təhsil işçiləri həmkarlar komitəsinin Şura üzvü idi.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı