Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində yanğın hadisəsi baş verib.
Regioninfo xəbər verir ki, yanğın Əkbərov Emil Zeynal oğluna məxsus, ümumi sahəsi 120 kvadratmetr olan 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evində qeydə alınıb.
Hadisə yerinə iki yanğınsöndürən avtomobil cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətraf tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın qısa müddətdə söndürülüb.