Cənubi Muğan kanalına suyun verilməsi müvəqqəti olaraq dayandırılıb.
Regioninfo-nun məlumatına görə, buna səbəb Bəhramtəpə Hidroqovşağında aparılan təmir-bərpa işləridir.
Kanala suyun verilişinin 10–12 gün müddətində bərpa olunacağı gözlənilir.
Qeyd edək ki, Cənubi Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometr olan kanal İmişli, Biləsuvar və Cəlilabad rayonlarında istifadə olunur.