Biləsuvara mövsümün ilk qarı yağıb – FOTO

Biləsuvar rayonuna mövsümün ilk qarı yağıb.

Regioninfo-nun məlumatına görə, qar rayon ərazisinə gecə saatlarından başlayaraq yağmağa başlayıb.

Qar örtüyünün hündürlüyü Biləsuvar rayonunda 10 santimetrə çatır.

Yağan qar nəqliyyatın hərəkətinə heç bir maneə yaratmayıb. Lakin bəzi ərazilərdə təbii qaz və elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda rayonda şaxtalı və qarlı hava şəraiti davam edir.

Paylaş:
Yuxarı