Zaqatalada minik avtomobili aşıb, ölən və yaralanan var

Zaqatala rayonunda minik avtomobili aşıb, ölən və yaralanan var.

Regioninfo-nun məlumatına görə, hadisə Suvagil kəndində qeydə alınıb.

Belə ki, “Chevrolet” markalı minik avtomobilinin aşması nəticəsində 32 yaşlı Şəhriyar Cəfərzadə ölüb, Seymur Mehralıyev isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Paylaş:
Yuxarı