Cəlilabadda qadın dəm qazından boğularaq ölüb

Cəlilabadda qadın dəm qazından boğularaq ölüb.

Regioninfo xəbər verir ki, 2003-cü il təvəllüdlü İsayeva Şükran Sakit qızı Cəlilabad rayonunun Üçtəpə kəndində faciəvi şəkildə vəfat edib.

İlkin məlumata görə, o, yaşadığı evin hamamında dəm qazından boğulub.

Onun meyiti müayinə olunması üçün rayon morquna təhvil verilib.

Faktla bağlı Cəlilabad Rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş:
Yuxarı