Astarada itkin düşmüş balıqçılardan birinin meyiti İranda tapılıb – VİDEO

Astara rayonunda itkin düşmüş hesab edilən balıqçılardan birinin meyiti Xəzər dənizinin İran sektorunda aşkar edilib.

Regioninfo-nun məlumatına görə, tapılan meyitin bir neçə gün əvvəl itkin düşmüş hesab edilən balıqçı, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğluna aid olduğu ehtimal edilir.

Əldə olunan məlumata görə meyitin Azərbaycana təhvil verilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, itkin düşmüş balıqçılardan digərinin – 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti bu gün səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında tapılmışdı.

Paylaş:
Yuxarı