Turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması məqsədilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş qrant müsabiqəsinin qalibi olan “Sım – Dincəl, Kəşf et, Sağlam yaşa!” Dayanıqlı Turizm infrastrukturunun təşkili layihəsi həyata keçirilir.
14.12.2025 tarixində layihə icra planına uyğun olaraq Sım kəndində həyata keçirilən tikinti işlərinin gedişatına baxış həyata keçirilib. Layihənin rəhbəri Pərviz Salayevin, layihə koordinatoru Samir Salayevin və layihə eksperti Rafət Şirəliyevin iştirakı ilə həyata keçirilən baxış zamanı Sım məhsullarının satış köşkündə artıq başa çatan tikinti prosesinə baxış keçirilib. Satış köşkündə Sım kəndinə məxsus məhsulların təqdim olunması istiqamətində tövsiyələr verilib.
Növbəti baxış piknik ərazisinin yaxınlığında yerləşən qədim tarixi eksponatların sərgilənməsi üçün 1 ədəd muzey sərgi məkanının tikinti ərazisində həyata keçirilib. Ötən baxış tədbirindən fərqli olaraq məkanın işlərinin təxminən 80%-i başa çatıb. Növbəti və son mərhələdə muzeyn ətrafının hasarlanması, eksponatların təqdim olunması üçün vitrinlərin hazırlanması işləri və döşəməyə “metlax” örtüyünün vurulması işləri təşkil olunacaqdır. Ən sonda müvafiq nişanların və məkanın ad lövhəsinin quraşdırılması işləri həyata keçiriləcək.
Baxış tədbirinin davamında layihə çərçivəsində nəzərdə tutulan və piknik şəraitinin tam təmin olunması üçün nəzərdə tutulan Söhbətgahların (besedka) tikinti prosesinə baxış keçirilib. Tikintisi nəzərdə tutulan Söhbətgahlardan hər ikisinin də tikintisi artıq yekunlaşıb. Ötən baxış tədbirindən fərqli olaraq döşəmələrə “metlax” vurulması işləri də başa çatıb. Layihədə nəzərdə tutulan 2 ədəd samovar və hər biri 20 ədəd şişdən ibarət 2 ədəd kabab manqalı da hazırlanıb əraziyə çatdırılıb. Həmçinin ərazi üçün nəzərdə tutulan uşaq əyləncə atraksionu da qurulub yekunlaşıb. Ərazidə təkcə istiqamətləndirici və təhlükəsizlik nişanlarının quraşdırılması işləri və “besedkalar” üçün stol-stul dəstlərinin hazırlanması işləri növbəti mərhələdə təşkil olunacaq.
Layihə çərçivəsində nəzərdə tutulan istamətləndirici nişanların bir qismi müvafiq yerlərdə quraşdırılıb. Yaxın günlərdə bu işlər də uğurla başa çatdırılacaq.
Bütün nəzərdə tutulan tikililər yekunlaşandan sonra 20 nəfər seçilmiş media nümayəndəsi üçün 2 günlük “Sım – turizm və məhsul karnavalı” təşkil olunacaq, nəticədə geniş formada ictimaiyyətə təqdim olunacaqdır.
Qeyd edək ki, “Sım – Dincəl, Kəşf et, Sağlam yaşa!” Dayanıqlı Turizm infrastrukturunun təşkili layihəsi 01.07.2025-01.12.2025 tarixlərində Astara rayonunun Sım kəndində icra olunur.
“Sım – Dincəl, Kəşf et, Sağlam yaşa!” Dayanıqlı Turizm infrastrukturunun təşkili layihəsinin mətbuat xidməti
