Cəlilabadda kənd təsərrüfatının bəzi sahələrində məhsul istehsalı artıb

Cəlilabadda kənd təsərrüfatının bəzi sahələrində məhsul istehsalı artıb.

Rayon Statistika İdarəsindən regioninfo-ya verilən məlumata görə, bu il üzüm 18 870 ton (ötən il 16 920 ton), meyvə 1 958 ton (ötən il 1 336 ton), çiyələk 18 390 (ötən il 16 100 ton)  istehsal olunub.

Eləcə də, 93 044 ton kartof (ötən il 81 760 ton), 1 224 ton tərəvəz (ötən il 957 ton), 126 ton bostan (ötən il 56 ton) bitkiləri toplanıb.

 

Paylaş:
Yuxarı