Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında orta və kiçik tibb heyəti üçün təlim keçirilib.
Regioninfo xəbər verir ki, təlimdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının inzibati məsələlər üzrə müavin Mehman Əliyev, həkim-infeksionisti İnzibat Nəsirov, xəstəxananın baş tibb bacısı Gülarə Bayramova, biomedikal üzrə mütəxəssis Zəfər Əliyev iştirak etmişdir.
Təlim zamanı “İPİN qaydaları”, dezinfeksiya və sterilizasiya işinin təşkili, xəstəxana daxili infeksiyaların qarşısının alınması, müxtəlif bakteriyalar və xəstəliklərin əsasən çirkli əllər vasitəsilə yayılması mövzularına toxunulmuşdur.
Əllərin düzgün və mütəmadi yuyulması, gigiyenik qaydalara riayət edilməsi xəstəliklərin profilaktikasında mühüm rol oynadığı vurğulanmışdır. Əl gigiyenasının sağlamlığa müsbət təsiri geniş izah olunmuşdur.