“Riyaziyyatın fərdi ritmi: Şagirdin sürətinə uyan öyrənmə modeli” layihəsinin açılışı olub

Sumqayıt şəhər 23 nömrəli tam orta ümumtəhsil məktəbində “Riyaziyyatın fərdi ritmi: Şagirdin sürətinə uyan öyrənmə modeli” adlı layihənin açılış mərasimi keçirilib.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsində qalib gəlmiş bu layihənin açılış mərasimində layihə rəhbəri, məktəb rəhbərliyi, layihənin işçi heyəti və müəllimlər iştirak edib.
Tədbirdə qeyd olunub ki, layihənin məqsədi Khan Academy platformasında yerləşən 6-cı sinif riyaziyyat fənni materiallarının orta məktəb tədrisinə adaptasiya edilməsi və ondan istifadə etməklə dərslərin təşkil edilməsi ilə şagirdlərin riyaziyyat və rəqəmsal biliklərini təkmilləşdirmək, fərdi və əyləncəli öyrənməni təşviq etmək eyni zamanda müəllimlərin sinifdə şagirdlərə fərdi yanaşmanı tətbiq etmələri üçün imkanlar yaratmaqdır.
Həmçinin vurğulanıb ki, layihə çərçivəsində məqsədə nail olmaq üçün 6-cı sinif riyaziyyat fənni üzrə “Mastery Class” yanaşması ilə Khan Academy kurrikulumu hazırlanacaq, müəllimlərə Khan Academy platformasından istifadə ilə əlaqəli təlimlər keçiriləcək, təlimatlandırıcı video çarxlar hazırlanacaq, praktik olaraq sinifdə fərdi yanaşmanın tətbiq olunması və Khan Academy ilə 6-cı sinif riyaziyyat fənni üzrə dərslər təşkil ediləcək və monitorinq qrupununun sorğuları nəticəsində inkişaf müəyyən olunacaq.
Daha sonra çıxış edən müəllimlər layihənin əhəmiyyətindən söz açıblar. Onlar layihənin gedişatına uğurlar diləyiblər.
Qeyd edək ki, layihə Sumqayıt şəhər 23 nömrəli tam orta ümumtəhsil məktəbdə Reyhan Yunisova tərəfindən icra olunur.
Paylaş:
Yuxarı