Cəlilabadda bu ilin 9 ayında bir sıra sahələrdə artım olub

Cəlilabadda bu ilin 9 ayında bir sıra sahələrdə artım olub.

Rayon Statistika İdarəsindən regioninfo-ya verilən məlumata görə, 2025-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı istehsalçıları tərəfindən aparılmış yazlıq əkinlər 16632,5 hektar olaraq 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 1289,5 hektar və ya 8,4 faiz çox olmuşdur. 2026-ci ilin məhsulu üçün 2025-ci ildə 1950 hektar sahədə payızlıq taxıl əkilmişdir ki, bunun da 920 hektarını buğda, 1030 hektarını isə arpa təşkil etmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən payızlıq əkinlərin sahəsi 1950 hektar çox olmuşdur.

Heyvandarlıq məhsullarının istehsalı və mal qaranın baş sayı haqqında məlumatlar aşağıdakı cədvəllərdə verilmişdir:

2025-ci ilin yanvar-sentyabr aylarında mal-qaranın baş sayı, baş

Göstəricilər 2025-ci ilin yanvar-sentyabr ayları 2024-cü ilin yanvar-sentyabr ayları fərq, +,- Əvvəlki ilə

nisbəti, faizlə

İribuynuzlu mal-qara         92499          90981   1518               101,7
    ondan:

inək-camış

        51536          49123   2413               104,9
Qoyun və keçilər       113337        112002   1335               101,2
Quşlar       577250        566390 10860               101,9

 

Eləcədə 2025-ci ilin yanvar-sentyabr aylarında informasiya və rabitə xidmətləri sahəsində xidmətlərinin həcmi 3269,3 min manat və ya 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 78,4 faiz çox olmuşdur.

Həmçinin 2025-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində avtomobil nəqliyyatı ilə 699 min ton yük, 9570 min sərnişin daşınmışdır. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə yük daşınması 5,9 faiz, sərnişin daşınması isə 4,9 faiz artmışdır.

Eyni zamanda 2025-ci ilin yanvar-sentyabr aylarında istehlak bazarında satılmış malların və göstərilmiş xidmətlərin həcmi 620197,6 min manat təşkil etmişdir ki, bunun da 521693,3 min manatı pərakəndə ticarət dövriyyəsinin, 10526,6 min manatı ictimai iaşənin, 87977,7 min manatı isə ödənişli xidmətlərin payına düşmüşdür.

Paylaş:
Yuxarı