Cəlilabadda bu ilin 9 ayında bir sıra sahələrdə artım olub.
Rayon Statistika İdarəsindən regioninfo-ya verilən məlumata görə, 2025-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı istehsalçıları tərəfindən aparılmış yazlıq əkinlər 16632,5 hektar olaraq 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 1289,5 hektar və ya 8,4 faiz çox olmuşdur. 2026-ci ilin məhsulu üçün 2025-ci ildə 1950 hektar sahədə payızlıq taxıl əkilmişdir ki, bunun da 920 hektarını buğda, 1030 hektarını isə arpa təşkil etmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən payızlıq əkinlərin sahəsi 1950 hektar çox olmuşdur.
Heyvandarlıq məhsullarının istehsalı və mal qaranın baş sayı haqqında məlumatlar aşağıdakı cədvəllərdə verilmişdir:
2025-ci ilin yanvar-sentyabr aylarında mal-qaranın baş sayı, baş
| Göstəricilər | 2025-ci ilin yanvar-sentyabr ayları | 2024-cü ilin yanvar-sentyabr ayları | fərq, +,- | Əvvəlki ilə
nisbəti, faizlə |
| İribuynuzlu mal-qara | 92499 | 90981 | 1518 | 101,7 |
| ondan:
inək-camış |
51536 | 49123 | 2413 | 104,9 |
| Qoyun və keçilər | 113337 | 112002 | 1335 | 101,2 |
| Quşlar | 577250 | 566390 | 10860 | 101,9 |
Eləcədə 2025-ci ilin yanvar-sentyabr aylarında informasiya və rabitə xidmətləri sahəsində xidmətlərinin həcmi 3269,3 min manat və ya 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 78,4 faiz çox olmuşdur.
Həmçinin 2025-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində avtomobil nəqliyyatı ilə 699 min ton yük, 9570 min sərnişin daşınmışdır. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə yük daşınması 5,9 faiz, sərnişin daşınması isə 4,9 faiz artmışdır.
Eyni zamanda 2025-ci ilin yanvar-sentyabr aylarında istehlak bazarında satılmış malların və göstərilmiş xidmətlərin həcmi 620197,6 min manat təşkil etmişdir ki, bunun da 521693,3 min manatı pərakəndə ticarət dövriyyəsinin, 10526,6 min manatı ictimai iaşənin, 87977,7 min manatı isə ödənişli xidmətlərin payına düşmüşdür.