Polis əməkdaşları Cəlilabadda ağacəkmə kampaniyası keçiriblər.
Regioninfo xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon ərazisində növbəti ağacəkmə kampaniyası keçiriblər.
Seçilmiş ərazidə polis əməkdaşları yerli iqlimə uyğunlaşdırılmış şam tinglərini əkib, ağaclara aqrotexniki qaydada qulluq göstərib, suvarma işləri görüblər. Tinglərin küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.
Məqsəd yaşıllıqların artırılması, ekoloji tarazlığı təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.