Biləsuvar rayonunda növbəti Hind Quşu Festivalı keçiriləcək.
Regioninfo xəbər verir ki, sayca 5-ci dəfə baş tutacaq festival noyabr 23-ü saat 11:00-dan başlayaraq Biləsuvar Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Festival Biləsuvar şəhər Mərkəzi Parkında baş tutacaq.
Festivalın məqsədi rayonda turizmin inkişafına maraq və quşçuluğun inkişafına dəstəkdir.