Lənkəranda iki nəfərin yanmış cəsədi tapılıb

Lənkəranda 2 nəfərin cəsədi tapılıb.

Regioninfo-nun verdiyi xəbərə görə meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda. Hal-hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Onların kimliyi və hansı şəraitdə öldüyü araşdırılır. Hər iki şəxsin kişi cinsli olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı