Lənkəran yağan intensiv yağışlar şəhər ərazisində çətinlik yaradıb.
Regioninfo-nun verdiyi xəbərə görə, ötən gün axşam saatlarında Lənkəranda yağan intensiv yağışlar şəhər ərazisində çətinliklər yaradıb. Sel suları həyətlərə dolub. Nəqliyyatın hərəkətində problem yaranıb. Çətinliklər əsasən şəhərin Z.Əliyeva və Səttərxan küçələrində müşahidə olunur.
Su basan ərazilərə FHN-nin əməkdaşları cəlb olunub. Həyətlərdə yığılan yağış sularının çəkilməsi istiqamətində işlər davam etdirilir.
Hazırda Lənkəranda leysan xarakterli yağış davam edir.