27 sentyabr – Anım Gününün beşinci ildönümü ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyətinin və Mərkəzi Xəstəxananın birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Regioninfo xəbər verir ki, aksiyada rayon İcra Hakimiyyətinin və Mərkəzi xəstəxananın rəhbərliyi, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.
Aksiya zamanı müxtəlif növ həmişəyaşıl ağaclar əkilib, mövcud olan ağaclara isə aqrotexniki qulluq göstərilib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş 27 sentyabr – Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq təşkil edilən bu aksiya zamanı müxtəlif növ həmişəyaşıl ağaclar əkilib, mövcud olan ağaclara isə aqrotexniki qulluq göstərilib.
