Biləsuvarda bir ailənin üç üzvü yol qəzasına düşüb, ikisi ölüb – VİDEO

Biləsuvarda baş verən yol qəzası ilə bağlı TƏBİB açıqlama verib.

Regioninfo-nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 19:00 radələrində Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2-si qadın, 1-i kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1961, 1975, 1996-cı il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozları təyin olunub.

1961 və 1975-ci il təvəllüdlü şəxslərə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.

Vəziyyəti orta ağır qiymətləndirilən 1996-ci il təvəllüdlü şəxsin müalicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir.

Qeyd edək ki, 2025-ci il təvəllüdlü körpənin isə (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

20:09

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Regioninfo xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı “Mercedes” markalı minik avtomobili ilə “VAZ-2115” markalı nəqliyyat vasitəsi toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı