27 aprel 2025-ci il tarixində Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib.
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə yarımfinal mərhələsi Şirvan şəhər 16 nömrəli və Salyan şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəblərində təşkil edilib.
Müsabiqənin gedişini izləmək məqsədilə Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov Şirvan şəhər 16 nömrəli tam orta ümumtəhsil məktəbində olub.
Yarımfinal mərhələdə hər iki müsabiqə üzrə 709 nəfər şagird iştirak edib.
Müsabiqələrin keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağının artırılmasıdır.
Şagirdlər 6 may 2025-ci il tarixindən etibarən https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən nəticələrini əldə edə bilərlər.