Aprelin 23-də saat 00:05 radələrində 1989-cu il təvəllüdlü şəxs 40 həftə 3 gün hamiləliklə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Bu barədə regioninfo-nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Məlumata görə, zəruri tibbi müayinələr aparılıb, doğuşun konservativ-gözləyici taktika ilə aparılması qərara alınıb: “Saat 03:00 radələrində hamilənin səhhətində qəfləti pisləşmə müşahidə olunub və aparılan zəruri reanimasiya tədbirlərinə baxmayaraq, saat 03:26-da ölüm faktı qeydə alınıb. Hazırda ölümün ilkin səbəbinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırmalar aparılır”.
Doğuş zamanı körpə də ölüb.
Doğuşda ölən Nərmin Mehbalıyevanın 4 azyaşlı övladı var.
***
11.11
Masallıda doğuş zamanı ana ölümü baş verib.
Regioninfo-nun xəbərinə görə, Masallı sakini 40 həftəlik hamilə Nərmin Mehbalıyeva doğuş zamanı ölüb.
Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.