SON XƏBƏR

Vüqar Dadaşov Hacıqabul rayonunda vətəndaş qəbulu keçirəcək

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Vüqar Dadaşov Hacıqabul rayonunda vətəndaş qəbulu keçirəcək.
24 aprel saat 14:00-da Hacıqabul şəhəri 10 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil ediləcək qəbulda Hacıqabul rayonunda qeydiyyatda olan vətəndaşlar iştirak edə bilərlər. Qəbulda iştirak etmək istəyən şəxslər 22.04.2025-ci il saat 18:00 tarixinədək vətəndaş qəbulu keçidindən istifadə etməklə və ya qaynar xətt nömrəsinə (146-0-9) müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Paylaş:
Yuxarı