SON XƏBƏR

Biləsuvarda avtomobilin vurduğu gənc piyada xəstəxanada vəfat edib – VİDEO

Biləsuvar-Bəhrəmtəpə magistral yolunun Nəsimikənd kəndi ərazisində bir neçə gün əvvəl baş vermiş yol-nəqliyyat hadisəsində ağır xəsarət alan piyada bu gün dünyasını dəyişib.

Regioninfo-nun məlumatına görə, aprelin 7-də günorta saatlarında hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun sürücüsü — Bəydili kənd sakini Tofiq Əliyev qəfil yolun ortasına çıxan iribuynuzlu heyvandan yayınmağa çalışıb. Nəticədə nəqliyyat vasitəsini yolun sağ tərəfinə yönəldən sürücü, həmin an kənarda telefonla danışaraq hərəkət edən piyadanı — 2005-ci il təvəllüdlü Rəşad Rauf oğlu Əkbərovu vurub.

Qəza nəticəsində ağır kəllə-beyin travması alan Rəşad Əkbərov dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, bir neçə gün həkimlərin nəzarəti altında reanimasiya şəraitində saxlanılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Paylaş:
Yuxarı