SON XƏBƏR

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən azad edilib

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub.

Regioninfo-nun məlumatına görə, direktor Məmmədtağı Əhmədov müqavilə müddətinin bitməsi ilə əlaqədar olaraq işdən çıxarılıb.

Onun yerinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, M.Əhmədov sözügedən vəzifəyə 2021-ci ilin iyun ayında təyinat almışdı.

Paylaş:
Yuxarı