SON XƏBƏR

Cəlilabadda yaşayan sonuncu yəhudi ailələri – VİDEO

Cəlilabad rayonunun Privolnoye kəndində artıq 2 əsrdən çoxdur ki, azsaylı yəhudi və rus ailələri məskunlaşıblar.

Regioninfo xəbər verir ki, belə yəhudi ailələrdən biri də Xanukayevalardır. 84 yaşlı Navaida Xanukayevanın sözlərinə görə, onlar Cəlilabada 1840-cı illərdə yəhudi dinini daşıdığları üçün çar hökuməti tərəfindən köçürülüblər. O, qeyd edib ki, əvvələr burda bizim kimi çox əhali yaşayıb: “Lakin sonradan onlar İsrail və Rusiyaya köçüb, kim hara istəyirsə orada gedib. İndi isə, cəmi 6 ailə – 20 nəfər qoca qalmışıq. Yerli əhali ilə qaynayıb-qarışmışıq. Hətta bir neçə rus qızı da azərbaycanlılarla evlənib”. Qadın həmçinin qeyd edib ki, burda azərbaycanlılarla mehriban şəraitdə yaşayırlar: “Qonşularla mehriban şəraitdə yaşayırıq. Novruz bayramı olanda bizə pay da gətirirlər. Bizim bayram olan – yeni il bayramı sentyabr ayında olur. Sonra mayda məhsul bayramımız, apreldə isə pasxa bayramımız var. Sizin kimi bizdə ildə bir dəfə bayramda qəbiristanlığa gedirik. Adətlərimizin çoxu demək olar ki, oxşardır”. N. Xanukayevanın əlavə edib ki, hazırda təqaüddədir və qızı ilə birgə yaşayır: “Cavanlıqda özüm sovxozda mühasib işləmişəm. Yoldaşım isə mühəndis və briqadir işləyib. Həyat yoldaşım məhsuldar işlədiyi üçün hətta ona orden belə veriblər”.

Qeyd edək ki, hazırda Azərbaycan vətəndaşları olan bu kəndin sakinlərinin yəhudi və rus icmaları da mövcuddur və Privolnoye toponimi ölkəmizin Cənub-Şərqində yeganə rus mənşəli ad kimi qorunub saxlanıb.

Paylaş:
Yuxarı