SON XƏBƏR

Astarada sitrus bağlarını şaxta vurub, fermerlərə təqribən 4–5 min ziyan dəyib

Astarada fermerlər şaxta vuran ağacları kəsib, yerində yeni ağaclar əkirlər.

Regioninfo xəbər verir ki, bu il qışın sərt keçməsi Astarada sitrus bağlarında, əsasən də limon ağaclarının şaxta vurması ilə nəticələnib. Ağaclarda qalan meyvələr çürüyüb, yarpaqlar saralıb, ağac özü isə quruyub. Fermerlərə orta hesabla 4 – 5 min manata yaxın ziyan dəyib. Fermerlər deyir ki, ağacları vaxtında sığorta elətdirsəydik, indi dəymiş ziyan barəsində düşünməzdik. İndi isə məcburuq, ağacları kəsib, yerində yeni ağaclar əkək. Yeni əkilən ağaclardan isə 2 – 3 ilə məhsul əldə edə bilərik. “Çox sərt keçdi bu illəri qış. Heç il belə şey olmayıb. Birinci dəfədi görürəm. 71 yaşımdayam bu yaşa qədər belə şey görməmişəm. Hər il örtürsüm qəşəng. 10 min, 15 min, elə olur məsələm 20 mon limon satmışam bu illəri heçbirşey. Hamısı 10 – 15 illik ağaclardı. Budamışam tökmüşəm yerə. Sığorta versəydim hər ağac üçün, dövlət o pulu mənə qaytarardı. 12 dənə ağac kəsmişəm bu tərəfdə. Hər ağac 800 versə limon 8. 10 min edir. 10 mini vur beşə lap aşağı qiyməti deyirəm. 5 min edir, 4 min deyirəm, 2 min deyirəm – fermer Zəbiəli Əliyev bildirib.

Bioloq Yunus Qulamovun sözlərinə görə adətən qışda olan şaxtalar təbidir və ağaclar buna hazır olur. Amma vaxtsız olan şaxtalar, yəni yanvardan sonra bitkilərdə şirə hərəkəti başlayır. Şirə hərəkəti başlayandan sonra, düşən soyuqlar və şaxtalar ağaclara mənfi təsir göstərir. Onların bir qisminin tələf olmasına səbəb olur. Yarpağları, pöhrələrini şaxta vurubsa əlbətdə məhsuldarlığa təsir göstərəcək. İki həftə əvvəl yağan qar demək olar ki, bölgəmizdə əksər limon ağaclarına mənfi təsir etdi. Demək olar ki, limon ağaclarının çoxunu şaxta vurdu. Xüsusilə də yarpaqlarını və meyvələrini. Təsərrüfatlarda orta hesabla 1000 manatdan – 5000 min manata qədər, böyük təsərrüfatlarda isə 10 min manata qədər ziyan dəyib.

Məsələ ilə bağlı Astara DAİM – lə əlaqə saxladıq. Direktor Etibar Abbasov bildirdi ki, dəfələrlə fermerlərlə maarifləndirmə işləri aparılıb. Tövsiyyə olunub ki, şaxta, donvurmaya qarşı sığorta şirkətləri ilə sığrta bağlasınlar və belə bir hallarla üzləşəndə sığortadan yararlana bilsinlər.

“Bu il birdəfəlik subsidiya əkinləri sığortalanmış və sığorta şirkətləri ilə səğorta müqaviləsi bağlanmışdır. Sığorta könüllü olduğu üçün bizim başqa əkinçilər əksəriyyəti sığorta müqaviləsi olmadığı üçün sığortadan bəhrələnə bilmirlər. Bu il az da olsa şaxtalar oldu fevral ayında qar yağdı şaxtalar oldu və bəzi fermerlərin bağlarında donvurmalar müşahidə olunur. Donvurma nəticəsində də sığortası yoxdursa, biz də nazirlik olaraq donvurma ilə bağlı heç bir elə bir vəsait nəzərdə tutulmur ki, biz onlara köməklik edək. Ona görə də fermerlərə biz maarifləndirmə işləri aparırıq ki, hər il şaxta donvurmaya qarşı sığorta şirkətləri ilə sığrta bağlanın, sığorta etsinlər və belə bir hadisə baş verəndə sığortadan yararlana bilsinlər”.

Qeyd edək ki, Astara rayonunda ümumilikdə 4563 hektar sitrus meyvə bağları mövcuddur. Onların əksəriyyəti son 2018 – ci ildən salınan birdəfəlik bağlardır ki, hansı ki, fermerlər bu bağlara görə birdəfəlik subsidiyalarla bəhrələnib və subsidiyaların nəticəsi olaraq sitrus meyvə bağları 2200 hektardan 4563 hektara çatdırılıb.

Paylaş:
Yuxarı