SON XƏBƏR

Lənkəranda bıçaqlanan 41 yaşlı qadın ölüb

Lənkəranda 41 yaşlı qadın bıçaqlanıb.

Regioninfo-nun verdiyi xəbərə görə hadisə gecə saatlarında Lənkəran şəhəri ərazisində baş verib. Lənkəran şəhər sakini 1984-cü il təvəllüdlü Günel Allahverdi qızı Tahirova döş qəfəsinin divarının çoxsaylı yaraları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Çoxlu qan itirən G.Tahirova dərhal əməliyyat blokuna alınıb. Həkimlərin səylərinə baxmayaraq, o, əməliyyat zamanı ölüb.
İlkin məlumata görə qadın yoldaşı tərəfindən ailə münaqişəsi zəminində bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı