Məktəblilərarası fənn müsabiqəsi və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının rayon (şəhər) mərhələsinin nəticələri elan olunub.
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 439 nəfər şagird Məktəblilərarası fənn müsabiqəsində, 211 nəfər şagird isə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında olmaqla, ümumilikdə 650 nəfər uğurla çıxış edərək yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, yarımfinal mərhələsi 27 aprel 2025-ci il tarixində təşkil ediləcək.