SON XƏBƏR

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı görüş keçirilib

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı görüş keçirilib.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Vüqar Dadaşov Salyan, Hacıqabul, Biləsuvar rayonu və Şirvan şəhəri üzrə ümumi təhsil müəssisələrində çalışan 2025-ci ildə sertifikasiyaya cəlb olunacaq biologiya, kimya, fizika, coğrafiya və informatika müəllimləri ilə görüşüb.
Görüşdə təhsilverənlərin sertifikasiyasının təşkil olunmasının məqsədi, təşkili qaydaları, gözlənilən nəticələr, çərçivə sənədi və digər məsələlər müzakirə olunub. Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarətdir.
Paylaş:
Yuxarı