SON XƏBƏR

“Şagirdlərdə ilkin peşə vərdişlərinin və məişət qabiliyyətlərinin inkişafına dəstək” layihəsinin təlimləri başlayıb

“Şagirdlərdə ilkin peşə vərdişlərinin və məişət qabiliyyətlərinin inkişafına dəstək” layihəsinin təlimləri başlayıb
“Şagirdlərdə ilkin peşə vərdişlərinin və məişət qabiliyyətlərinin inkişafına dəstək” adlı layihənin təlimlərinə start verilib.
Layihənin icra planına uyğun olaraq təlimlər “Dərziliyi öyrənək”, “Dadlı yemək bişirək” və “Mən aqronomam” adlı mövzuları əhatə edir. 3 ay ərzində 3 mövzunu əhatə edəcək təlimlər keçiriləcəkdir və yekunda şagirdlərin texnologiya otağında hazırladıqları əl işlərindən ibarət sərgi təşkil olunacaq.
Qeyd edək ki, layihənin məqsədi məktəbdə zəruri avadanlıqlarla təchiz olunmuş texnologiya otağının yaradılması ilə şagirdlərdə ilkin peşə vərdişlərinin və məişət qabiliyyətlərinin yaranmasına, peşə təhsilinə maraq artırılmasına və texnologiya fənninin səmərəli tədrisinə imkan yaratmaqla gələcəkdə onların düzgün peşə seçiminə dəstək olmaqdan ibarətdir.
Xatırladaq ki, layihə Bakı şəhəri 121 nömrəli tam orta məktəbdə Şəhriyar Məmmədov tərəfindən icra olunur.
Paylaş:
Yuxarı