“Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsinin tədbirləri uğurla davam edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrant müsabiqəsinin qalibi Dünya Veysəlovanın rəhbəri olduğu “Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsi çərçivəsində tədbirlərə davam edir. Layihə icra planına uyğun olaraq Lənkəran rayonu üzrə artıq 4 məktəbdə Yaşıl dünya mövzusunda təlim və divar-rəsm çəkilişi sessiyaları uğurla həyata keçirilib. Layihənin açlışı tədbirindən sonra 02.12.2024 tarixində Lənkəran rayonu Hirkan qəsəbə tam orta məktəbində, 05.12.2024 tarixində Lənkəran rayonu Tütəpeştə kənd Ə.Nəsirov adına ümumi orta məktəbində, 10.12.2024 tarixində Lənkəran şəhər H.Aslanov adına 3 nömrəli tam orta məktəbində, 19.12.2024 tarixində isə 19.12.2024 tarixində Lənkəran şəhər R.Məmmədov adına 5 nömrəli tam orta məktəbində tədbirlər təşkil olunub. Ümumi proqrama uyğun olaraq tədbirləri giriş sözü ilə “Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsinin rəhbəri, Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin müəllimi Dünya Veysəlova açaraq layihənin məzmunu və aktuallığı haqda fikirlərini ifadə etmişdir. Layihə ideyasının dəstəklənməsi və tədbirlərin təşkili üçün yaradılan şəraitə görə Elm və Təhsil Nazirliyinə, Lənkəran-Astara Regional Təhsil İdarəsinə təşəkkürünü ifadə etmişdir.
Qeyd olunan ümumtəhsil müəssisələrinin şagirdləri üçün Elm Tədris Akademiyasının rəhbəri, LDU-nun doktorantı, beynəlxalq sertifikatlı təlimçi, təhsil layihələri üzrə mütəxəssis Samir Salayevin təqdimatında “Yaşıl dünya” mövzusunda təlim interaktiv şəkildə təşkil olunmuşdur. Təlimlər zamanı ekoloji sistemdə baş verən dəyişiliklərin idarə olunması, ətraf mühiti qorumaq, alternativ enerji resurlarından istifadədə ölkəmizin potensialı, Yaşıl dünya naminə həmrəylik ili və mötəbər COP29 tədbirinin bütün dünya üçün əhəmiyyəti istiqamətlərində məlumatlar təqdim olunmuşdur.
Təlim sessiyasından sonra iştirakçı məktəblilər öz məktəblərinnin layihə üçün müəyyən olunan divarlarında Yaşıl dünya ilə bağlı düşüncələrini əks etdirən rəsmlər çəkmişlər. Təlim zamanı məktəblilərə layihə çərçivəsində çap olunmuş məlumatlandırıcı bukletlər təqdim olunmuşdur. Sessiyalar arasında energizer formatlı oyunlar da təşkil olunan tədbirlərdə – təlimdə və rəsm çəkilişlərində iştirak edən məktəblilər fəallıqlarına görə layihənin xüsusi sertifikatları ilə təltif olunmuşdur.
Qeyd edək ki, “Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsi 15.10.2024-15.02.2025-ci il tarixlərində Lənkəran rayonunda icra olunur. Layihə çərçivəsində 15 ümumtəhsil müəssisəsindən seçilən 300 nəfər məktəblinin ekoloji savadlılığının artırılması nəzərdə tutulub.Deməli analoji tədbirlər daha Lənkəran rayonu üzrə daha 11 orta məktəbdə təşkil olunacaqdır.

“Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsinin mətbuat xidməti

 

 

 

Paylaş:
Yuxarı